Man-in-the-middle Attack (MitM)

Ortada adam hücumü – autentifikasiya protokolunun əsasında yerinə yetirilən hücumdur, hücum edən autentifikasiya olunan və autentifikasiya edən tərəflər arasında yerləşərək onlar arasında ötürülən verilənləri ələ keçirə və dəyişə bilər.
MAN
Mandatory access control (MAC)
OBASTAN VİKİ
Man In The Mirror
Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir. Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit paradda 11–ci yerə kimi yüksəlmişdir. ABŞ və BK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir. “Man in the Mirror” Qlen Ballard və Siedah Garrett tərəfindən bəstələnmişdir. Cekson mahnıya Garret, The Winans və Andre Krauç Xorunun fon ifasını əlavə etmişdir ki, bu da mahnıya xarakterik səslənmə vermişdir. Bu mahnı Ceksonun ən sevimli mahnılarından biri olmuşdur.
Livin' in the Sunlight, Lovin' in the Moonlight
"Livin' in the Sunlight, Lovin' in the Moonlight" — Al Şerman və Al Luis tərəfindən 1930-cu ildə Moris Şevalyenin baş rolda oynadığı "The Big Pond" filmi üçün yazılmış məşhur mahnı. 22 mart 1930-cu ildə Binq Krosbi və Pol Vaytmen Orkestri bu mahnının məşhur kaver versiyasını da yazdılar. Mahnı günün çartlarında 16-cı mövqedə qalmağı bacardı. Berni Kamins və onun Orkestrı da 1930-cu ildə mahnı ilə uğur qazanmış və onların versiyası 20-ci pillədə qərarlaşmışdı. El Boulli mahnını Les Allen ilə 17 oktyabr 1930-cu ildə səsyazı studiyasında yazdırmışdı. Britaniyadan gələn başqa kaver versiyanın müəllifləri iki qardaş Bob və Alf Pirson idi. 1968-ci ildə "Tiny Tim" bu mahnının kaver versiyasını buraxdı. Mahnının bu qeyri-adi ukulele versiyası Süngər Bob Kvadrat Şalvarın "Köməkçi axtarılır" pilot epizodunda istifadə edilmiş və yenidən populyarlaşmışdır. 2008-ci ilin yanvarında "American Idol" müsabiqəsinin iştirakçısı Sara Vitaker mahnı ilə çıxış etmişdi. Valve əvvəlcə "Team Fortress 2" adlı sinif əsaslı çox oyunçulu oyununun "Meet the Pyro" treylerində Tiny Tim versiyasını istifadə etməyi düşünsə də, nəticədə son qərarı "The Lovin' Spoonful"-un "Do You Believe in Magic" adlı mahnısı oldu.
MAN
MAN — alman avtomobil markası. "MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
DoS-attack
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
İstanbul Attack
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Online Mendelian Inheritance in Man
OMIM (ing. Online Mendelian Inheritance in Man) — gen-fenotip əlaqəsinə xüsusi diqqət yetirməklə insan genlərinin və genetik xəstəliklərin və əlamətlərin davamlı olaraq yenilənən kataloqudur. 28 iyun 2019-cu il tarixinə OMIM-dəki 25.000-dən çox girişdən təxminən 9.000-i fenotipləri təmsil edirdi; qalanları genləri təmsil edirdi, onların çoxu məlum fenotiplərlə əlaqəli idi.
Castle in the Sky
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Explosions in the Sky
Explosions in the Sky — 1999-cu ildə Ostin, Texasda qurulmuş post rok qrupudur. Explosions In The Sky, post rok deyiləndə ağla ilk gələn qruplardan biridir. Digər bir çox post rok qrupları kimi, musiqiləri yavaş və epiktir. Mahnılarının hamısı instrumentaldır. Ancaq, qrup eyni tərz musiqiçilər arasında, dərhal seçilən bir tərzə malikdir. 2000-ci ildə "How Strange, Innocence" albomunu çıxardan qrup, xüsusilə 2001-ci ildə çıxartdığı "Those Who Tell The Truth Shall Die, Those Who Tell The Truth Shall Live Forever" adlı albomuyla musiqi bazarında çox yaxşı müvəffəqiyyət əldə etdi. 2003-cü ildə çıxartdıqları albomları "The Earth Is Not A Cold Dead Place" ilə şöhrətini daha da artıran qrup, 2005-ci ildə nümayış olunan Friday Night Lights adlı filmin musiqilərinin də böyük bir hissəsinə imza atdı. Qrup, 2005-ci ildə isə "The Rescue" adında bir albom çıxartdı. 2007-ci ilə gəldikdə isə "All Of A Sudden I Miss Everyone" adlı albomunu çıxaran qrup, son olaraq 2011-ci il aprelində "Take Care, Take Care, Take Care" albomunu dinləyicilərinə təqdim etdi.
Ghost in the Shell
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Holidays in the Sun
Holidays in the Sun — Yui albomu.
Lost in the Echo
Lost in the Echo – Linkin Parkın beşinci studiya albomu olan Living Thingsdan çıxan 2-ci sinqldır. 19 oktyabr 2012 tarixində Warner Bros. Records tərəfinən çıxarılmışdır.
Someone in the Dark
Someone in the Dark — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Stranger in the Alps
Stranger in the Alps — ABŞ müğənnisi Fibi Bricersin debüt studiya albomu. 22 sentyabr 2017-ci ildə Dead Oceans tərəfindən buraxılıb.
The Amazing Spider-Man vs. The Kingpin
The Amazing Spider-Man vs. The Kingpin (Spider-Man Vs. the Kingpin və ya Spider-Man) - Sega oyun şirkəti tərəfindən 1990-cı ildə yaradılan macəra oyunudur. Oyunun hekayəsində Ambala tərəfindən şəhəri atom bombası qoyulmuşdur. Hörümçək-adam (Spider-man) 24 saatın içində bombanı neytrallaşmalıdır. Əks halda şəhər partlayacaqdır. Bunun üçün Hörümçək-adama müxtəlif pis adamlarla döyüşmək lazım olacaqdır. Döyüşün ortasında Venom tərəfindən Hörümçək-adamın sevgilisi Meri Ceyn Uotsonu oğurlayır. Hörümçək-adam atom bombasını neytrallaşdırdıqdan sonra Ambala ilə döyüşməyə məcbur olur. Oyunun sonluğu portlarda müxtəlif sonluqla bitir.
Man and the Biosphere Programme
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
.in
.in — Hindistanın internet kodu.
Spirit in the Sky (mahnı)
Spirit in the Sky (azərb. Səmadakı ruh‎) — Norveçin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. KEiiNO qrupu "Spirit in the Sky" mahnısı ilə Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Tom Huqo Hermansen, Fred Bulyo, Aleksandra Rotan, Henrik Tala, Aleksandr Olsson və Rudiqer Şramm tərəfindən bəstələnmişdir. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir.
Made in the A.M.
Made in the A.M. — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın beşinci studiya albomu. 13 noyabr 2015-ci ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.
Attack on Titan
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
Man Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.